Konsolidə edilmiş Hesabatların hazırlanması (BMHS əsasında)

Bu Xidmətlə siz bütün fərqli bizneslərinizin Maliyyə Fəaliyyəti və Vəziyyətini Vahid Hesabatlarda görə biləcəksiniz. Konsolidə edilmiş hesabatlar sizə Sahib olduğunuz bütün bizneslərinizi vahid bir göstəricilər altında birləşdirərək sərvətinizin hansı nəticələrdə olduğu haqda daha dəqiq məlumatlar əks etdirəcəkdir. Çünki təkbətək bizneslərinizin hesabatlarında hər şeyin qaydasında olduğunu görsəniz belə konsolidə edilmiş vahid hesabatda vəziyyətin heçdə yaxşı olmadığı ortaya çıxa bilər. Ona görə ki, Konsolidə edilmiş hesabatlarda bizneslərinizin bir birinə olan daxili əməliyyatları kənarlaşdırılaraq sərvətinizin ümumi əsl nəticələri və vəziyyəti üzə çıxır.

Konsolidə edilmiş Hesabatların hazırlanması (BMHS əsasında)

  • Konsolidə edilmiş Mənfəət və ya Zərər Hesabatının hazırlanması
  • Konsolidə edilmiş Maliyyə Vəziyyəti Hesabatının hazırlanması (Balans)
  • Konsolidə edilmiş Pul Vəsaitlərinin Hərəkəti Hesabatının hazırlanması
  • Konsolidə edilmiş Kapitalda Dəyişikliklər Hesabatının hazırlanması
  • Açıqlama Qeydlərinin hazırlanması