ACCA DipIFR
PMS l Təlimi

ACCA DipIFR
PMS l Təlimi

ACCA DipIFR PMS l Təlimi

ACCA DipIFR (Diploma in International Financial Reporting) / PMS l 

ACCA DipIFR diplomunu 3 ayda əldə etmək istəyirsiniz? Düzgün yerdesiniz.

DipIFR — maliyyə peşəkarları üçün nəzərdə tutulmuş, beynəlxalq maliyyə hesabatı standartları (IFRS) üzrə ətraflı bilik verən ACCA diplomudur. Kurs IFRS standartlarının başa düşülməsini, tətbiqini, həmçinin onların altında yatan konsepsiya və prinsipləri əhatə edir. Crystal Accfin-in intensiv DipIFR təlimi sizi məhz bu diplomu — qısa müddətdə, praktiki hazırlıqla — əldə etməyə hazırlayır.

Bu təlim sənin üçündür əgər:

  • ACCA DipIFR diplomunu tez və etibarlı şəkildə əldə etmək istəyirsən
  • IFRS standartları üzrə dərin, praktiki biliklər qazanmaq istəyirsən
  • Beynəlxalq standartlarda qrup maliyyə hesabatları hazırlamağı öyrənmək istəyirsən
  • Maliyyə sahəsində işləyən mütəxəssis, mühasib və ya auditor kimi karyeranı inkişaf etdirmək istəyirsən
  • Bakalavrıat dərəcəsi və mühasibat/maliyyə sahəsində ən azı 3 il iş təcrübən var (və ya 2 il iş təcrübəsi + ali təhsil/CertIFR)
  • İngilis dili səviyyən Upper-Intermediate (B2) və ya yuxarıdır

3 Ay — 23 Dərs — 46 Saat

Müddət

3 ay

Dərs sayı

23 dərs

Hər dərs

2 saat

Həftədə

2 dəfə

Format

Onlayn canlı

 

Dərslər nəzəriyyədən daha çox testlər və praktiki tapşırıqlar üzərində qurulub — çünki diplomu əldə etmək əsas hədəfdir.

Təlimə nələr daxildir?

  • ✅ 23 onlayn canlı dərs — istənilən yerdən qoşulmaq mümkündür
  • ✅ Təlim Azərbaycan dilində keçirilir, terminlər ingilis dilində izah edilir
  • ✅ Tədris ACCA StudyHub, BPP Learning Media və Kaplan tədris vəsaitləri əsasında keçirilir
  • ✅ Crystal Accfin tərəfindən hazırlanmış xüsusi test toplusu ilə praktiki hazırlıq
  • ✅ Həftəlik video qeydiyyatları — qaçırdığınız dərsi arxivdən izləyə bilərsiniz
  • ✅ 1-ci və 2-ci ayların sonunda Crystal Accfin ofisində Quiz — biliklərinizi ölçürsünüz
  • ✅ 3-cü ayın sonunda Crystal Accfin ofisində Mock Exam — real DipIFR formatında tam hazırlıq;
  • ✅ Nəticənizə görə Crystal Accfin DipIFR Sertifikatı verilir

 

Xüsusi Üstünlük

ACCA DipIFR imtahanından uğurla keçən tələbələr PMS (Peşəkar Mühasib Sertifikatı) yerli sertifikat proqramının 1-ci mərhələ (MHBS) imtahanından daimi keçmiş hesab olunurlar. Bu o deməkdir ki, bir imtahanla həm beynəlxalq diplom əldə edir, həm də yerli sertifikat yolunda irəliləyirsiniz.

 

Crystal Zəmanəti

Crystal Accfin DipIFR təliminə qoşulan hər tələbəyə yazılı zəmanət verir. Tələbə ilə Crystal Accfin arasında imza və möhürlə təsdiqlənmiş zəmanət sənədi təqdim edilir. Zəmanət şərtləri yerinə yetirildikdə ACCA DipIFR imtahanından uğursuz nəticə əldə edilərsə:

  • Təlim haqqı tam geri qaytarılır
  • və ya Növbəti qrupda ödənişsiz iştirak hüququ verilir

Seçim tamamilə tələbənin öz ixtiyarındadır.

 

Crystal Accfin DipIFR Sertifikatı

Təlimin sonunda keçirilən Mock Exam-dan uğurla keçən tələbələrə nəticəsinə görə üç səviyyədə Crystal Accfin DipIFR Sertifikatı verilir:

Bal

Sertifikat

50+

Sadə Sertifikat

80+

Gümüş Sertifikat

90+

Qızıl Sertifikat

Sertifikatınız crystalaccfin.com saytında onlayn yoxlanıla bilən formada qeydiyyata alınır.

 

ACCA DipIFR İmtahanı Haqqında

ACCA DipIFR imtahanı kompüter əsaslı (CBE) formatda, ildə 2 dəfə — İyun və Dekabr aylarında ACCA imtahan mərkəzlərində keçirilir. İmtahan hesablama və yazılı cavabların qarışığından ibarətdir:

Sual strukturu

4 sual × 25 bal

Ümumi

100 bal

Keçid balı

Minimum 50 bal

Müddət

3 saat 15 dəqiqə

Format

Kompüter əsaslı (CBE)

 

ACCA-ya qeydiyyat üçün tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi / pasport surəti
  • Foto
  • Ali təhsil diplomu surəti
  • İşəgötürəndən mühasibat/maliyyə sahəsində ən azı 3 il iş təcrübəsini təsdiqləyən məktub

ACCA-ya ödənilən haqqlar (tələbə tərəfindən birbaşa ödənilir):

İlkin qeydiyyat haqqı

£89 (birdəfəlik)

İmtahan haqqı

£155 (hər sessiya üçün)

 

ACCA qeydiyyat və imtahan haqqları daim dəyişə biləcəyinə görə ən son dəqiq məlumatı rəsmi səhifədən əldə edə bilərsiniz: www.accaglobal.com

 

Qiymət

Aylıq təlim haqqı

150 AZN

Crystal Accfin təlimlərinə ilk dəfə qatılan tələbələrə

120 AZN (20% endirimlə)

 

Güvəndiyiniz Dağ Biliyiniz Olsun!