PMS II - Vergi Uçotu Təlimi
PMS-in 2-ci mərhələsini keçmək istəyirsiniz? Düzgün yerdesiniz.
PMS imtahanının II mərhələsi — vergi, büdcə, mülki və əmək qanunvericiliyi üzrə bilikləri yoxlayan, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən rəsmi imtahana hazırlıqdır. Crystal Accfin-in intensiv təlimi sizi məhz bu imtahana — qısa müddətdə, praktiki hazırlıqla — hazırlayır.
Bu təlim sənin üçündür əgər:
- PMS II mərhələ imtahanını tez və etibarlı şəkildə keçmək istəyirsən
- Vergi Məcəlləsi, əmək, büdcə və mülki qanunvericilik üzrə dərin bilik qazanmaq istəyirsən
- Baş mühasib kimi fəaliyyət göstərmək üçün rəsmi PMS sertifikatını əldə etmək istəyirsən
- Mühasib, iqtisadçı və ya maliyyə sahəsində çalışırsan və peşəkar inkişafı hədəfləyirsən
3 Ay — 12 Dərs — 36 Saat
|
Müddət |
3 ay |
|
Dərs sayı |
12 dərs |
|
Hər dərs |
3 saat (arada 15 dəq. fasilə ilə) |
|
Həftədə |
1 dəfə |
|
Format |
Onlayn canlı |
Dərslər nəzəriyyədən daha çox testlər və praktiki tapşırıqlar üzərində qurulub — çünki imtahanda uğur qazanmaq əsas hədəfdir.
Təlimə nələr daxildir?
- ✅ 12 onlayn canlı dərs — istənilən yerdən qoşulmaq mümkündür
- ✅ Crystal Accfin tərəfindən hazırlanmış xüsusi test toplusu ilə praktiki hazırlıq
- ✅ Həftəlik video qeydiyyatları — qaçırdığınız dərsi arxivdən izləyə bilərsiniz
- ✅ Hər ayın sonunda Crystal Accfin ofisində Quiz — biliklərinizi ölçürsünüz
- ✅ 3-cü ayın sonunda Crystal Accfin ofisində Sınaq İmtahanı — real DİM formatında sınaq imtahanı;
- ✅ Nəticənizə görə Crystal Accfin Sertifikatı verilir
Crystal Zəmanəti
Crystal Accfin PMS Vergi Uçotu Təliminə qoşulan hər tələbəyə yazılı zəmanət verir. Tələbə ilə Crystal Accfin arasında imza və möhürlə təsdiqlənmiş zəmanət sənədi təqdim edilir. Zəmanət şərtləri yerinə yetirildikdə DİM PMS II mərhələ imtahanından uğursuz nəticə əldə edilərsə:
- Təlim haqqı tam geri qaytarılır
- və ya Növbəti qrupda ödənişsiz iştirak hüququ verilir
Seçim tamamilə tələbənin öz ixtiyarındadır.
Crystal Accfin Sertifikatı
Təlimin sonunda keçirilən Sınaq İmtahanından uğurla keçən tələbələrə nəticəsinə görə üç səviyyədə Crystal Accfin Sertifikatı verilir:
|
Bal |
Sertifikat |
|
50+ |
Sadə Sertifikat |
|
80+ |
Gümüş Sertifikat |
|
90+ |
Qızıl Sertifikat |
Sertifikatınız crystalaccfin.com saytında onlayn yoxlanıla bilən formada qeydiyyata alınır.
DİM PMS II Mərhələ İmtahanı Haqqında
PMS imtahanının II mərhələsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. İmtahan vergi, büdcə, mülki və əmək qanunvericiliyi üzrə test tapşırıqlarını əhatə edir:
|
Sual strukturu |
40 tapşırıq |
|
Qapalı tip (1 bal) |
20 sual |
|
Qapalı tip (2 bal) |
15 sual |
|
Açıq tip (10 bal) |
5 sual |
|
Ümumi |
100 bal |
|
Müddət |
3 saat |
|
İştirak haqqı |
50 AZN (DİM-ə birbaşa ödənilir) |
Dəqiq imtahan tarixləri üçün: www.dim.gov.az
Qiymət
|
Aylıq təlim haqqı |
180 AZN |
|
Crystal Accfin təlimlərinə ilk dəfə qatılan tələbələrə |
144 AZN (20% endirimlə) |