ACCA Financial Reporting (FR)
PMS I Təlimi

ACCA Financial Reporting (FR)
PMS I Təlimi

ACCA Financial Reporting (FR) PMS I Təlimi

ACCA FR imtahanını 3 ayda keçmək istəyirsiniz? Düzgün yerdesiniz.

FR — ACCA kvalifikasiyasının Applied Skills səviyyəsinə daxil olan əsas modullardan biridir. FA-nın üzərində qurularaq maliyyə hesabatlarının hazırlanması, IFRS standartlarının tətbiqi və maliyyə məlumatlarının təhlilini əhatə edir. Crystal Accfin-in intensiv FR təlimi sizi məhz bu imtahana — qısa müddətdə, praktiki hazırlıqla — hazırlayır.

Bu təlim sənin üçündür əgər:

  • ACCA FR imtahanını tez və etibarlı şəkildə keçmək istəyirsən
  • IFRS standartları üzrə dərin biliklər əldə etmək istəyirsən
  • Maliyyə hesabatlarını beynəlxalq standartlarda hazırlamağı öyrənmək istəyirsən
  • PMS yerli sertifikatının 1-ci mərhələsini keçmiş hesab etdirmək istəyirsən
  • İngilis dili səviyyən Upper-Intermediate (B2) və ya yuxarıdır

3 Ay — 23 Dərs — 46 Saat

Müddət

3 ay

Dərs sayı

23 dərs

Hər dərs

2 saat

Həftədə

2 dəfə

Format

Onlayn canlı

 

Dərslər nəzəriyyədən daha çox testlər və praktiki tapşırıqlar üzərində qurulub — çünki imtahanda uğur qazanmaq əsas hədəfdir.

Təlimə nələr daxildir?

  • ✅ 23 onlayn canlı dərs — istənilən yerdən qoşulmaq mümkündür
  • ✅ Təlim Azərbaycan dilində keçirilir, terminlər ingilis dilində izah edilir
  • ✅ Tədris ACCA Study Hub, BPP Learning Media və Kaplan tədris vəsaitləri əsasında keçirilir
  • ✅ Crystal Accfin tərəfindən hazırlanmış xüsusi test toplusu ilə praktiki hazırlıq
  • ✅ Həftəlik video qeydiyyatları — qaçırdığınız dərsi arxivdən izləyə bilərsiniz
  • ✅ 1-ci və 2-ci ayların sonunda Crystal Accfin ofisində Quiz — biliklərinizi ölçürsünüz
  • ✅ 3-cü ayın sonunda Crystal Accfin ofisində Mock Exam — real ACCA FR formatında sınaq imtahanı;
  • ✅ Nəticənizə görə Crystal Accfin FR Sertifikatı verilir

 

Xüsusi Üstünlük

ACCA FR imtahanından uğurla keçən tələbələr PMS (Peşəkar Mühasib Sertifikatı) yerli sertifikat proqramının 1-ci mərhələsindən (MHBS) daimi keçmiş hesab olunurlar. Bu o deməkdir ki, bir imtahanla həm beynəlxalq, həm də yerli sertifikat yolunda irəliləyirsiniz.

 

Crystal Zəmanəti

Crystal Accfin FR təliminə qoşulan hər tələbəyə yazılı zəmanət verir.

Tələbə ilə Crystal Accfin arasında imza və möhürlə təsdiqlənmiş zəmanət sənədi təqdim edilir. Zəmanət şərtləri yerinə yetirildikdə ACCA FR imtahanından uğursuz nəticə əldə edilərsə:

  • Təlim haqqı tam geri qaytarılır
  • və ya Növbəti qrupda ödənişsiz iştirak hüququ verilir

Seçim tamamilə tələbənin öz ixtiyarındadır.

 

Crystal Accfin FR Sertifikatı

Təlimin sonunda keçirilən Mock Exam-dan uğurla keçən tələbələrə nəticəsinə görə üç səviyyədə Crystal Accfin FR Sertifikatı verilir:

Bal

Sertifikat

50+

Sadə Sertifikat

80+

Gümüş Sertifikat

90+

Qızıl Sertifikat

 

Sertifikatınız crystalaccfin.com saytında onlayn yoxlanıla bilən formada qeydiyyata alınır.

 

ACCA FR İmtahanı Haqqında

ACCA FR imtahanı kompüter əsaslı (CBE) formatda, sessiya əsasında keçirilir — ildə 4 dəfə: Mart, İyun, Sentyabr və Dekabr. İmtahan 3 saatlıqdır və 3 hissədən ibarətdir:

Section Format Marks

A hissəsi

15 çoxseçimli sual

Hər sual 2 bal — cəmi 30 bal

B hissəsi

3 case study (hər birində 5 sual)

Hər sual 2 bal — cəmi 30 bal

C hissəsi

2 konstruktiv cavab sualı

Hər sual 20 bal — cəmi 40 bal

Ümumi

 

100 bal

 

İmtahandan keçmək üçün minimum 50 bal toplamaq tələb olunur.

ACCA-ya qeydiyyat və imtahan haqqı tələbə tərəfindən birbaşa ACCA-ya ödənilir:

İlkin qeydiyyat haqqı

£89 (birdəfəlik)

İllik üzvlük haqqı

£137–£140/il

İmtahan haqqı

CBE mərkəzinə görə müəyyən edilir

 

Dəqiq qiymətlər ölkəyə görə fərqlənə bilər. Azərbaycan üzrə aktual haqqlar üçün www.accaglobal.com saytını ziyarət edin.

İmtahan üçün Crystal Accfin tərəfindən məsləhət görülən CBE mərkəzləri qeydiyyat zamanı bildirilir.

 

Qiymət

Aylıq təlim haqqı

150 AZN

Crystal Accfin təlimlərinə ilk dəfə qatılan tələbələrə

120 AZN (20% endirimlə)

 

Güvəndiyiniz Dağ Biliyiniz Olsun!