ACCA Financial Reporting (FR) PMS I Təlimi
ACCA FR imtahanını 3 ayda keçmək istəyirsiniz? Düzgün yerdesiniz.
FR — ACCA kvalifikasiyasının Applied Skills səviyyəsinə daxil olan əsas modullardan biridir. FA-nın üzərində qurularaq maliyyə hesabatlarının hazırlanması, IFRS standartlarının tətbiqi və maliyyə məlumatlarının təhlilini əhatə edir. Crystal Accfin-in intensiv FR təlimi sizi məhz bu imtahana — qısa müddətdə, praktiki hazırlıqla — hazırlayır.
Bu təlim sənin üçündür əgər:
- ACCA FR imtahanını tez və etibarlı şəkildə keçmək istəyirsən
- IFRS standartları üzrə dərin biliklər əldə etmək istəyirsən
- Maliyyə hesabatlarını beynəlxalq standartlarda hazırlamağı öyrənmək istəyirsən
- PMS yerli sertifikatının 1-ci mərhələsini keçmiş hesab etdirmək istəyirsən
- İngilis dili səviyyən Upper-Intermediate (B2) və ya yuxarıdır
3 Ay — 23 Dərs — 46 Saat
|
Müddət |
3 ay |
|
Dərs sayı |
23 dərs |
|
Hər dərs |
2 saat |
|
Həftədə |
2 dəfə |
|
Format |
Onlayn canlı |
Dərslər nəzəriyyədən daha çox testlər və praktiki tapşırıqlar üzərində qurulub — çünki imtahanda uğur qazanmaq əsas hədəfdir.
Təlimə nələr daxildir?
- ✅ 23 onlayn canlı dərs — istənilən yerdən qoşulmaq mümkündür
- ✅ Təlim Azərbaycan dilində keçirilir, terminlər ingilis dilində izah edilir
- ✅ Tədris ACCA Study Hub, BPP Learning Media və Kaplan tədris vəsaitləri əsasında keçirilir
- ✅ Crystal Accfin tərəfindən hazırlanmış xüsusi test toplusu ilə praktiki hazırlıq
- ✅ Həftəlik video qeydiyyatları — qaçırdığınız dərsi arxivdən izləyə bilərsiniz
- ✅ 1-ci və 2-ci ayların sonunda Crystal Accfin ofisində Quiz — biliklərinizi ölçürsünüz
- ✅ 3-cü ayın sonunda Crystal Accfin ofisində Mock Exam — real ACCA FR formatında sınaq imtahanı;
- ✅ Nəticənizə görə Crystal Accfin FR Sertifikatı verilir
Xüsusi Üstünlük
ACCA FR imtahanından uğurla keçən tələbələr PMS (Peşəkar Mühasib Sertifikatı) yerli sertifikat proqramının 1-ci mərhələsindən (MHBS) daimi keçmiş hesab olunurlar. Bu o deməkdir ki, bir imtahanla həm beynəlxalq, həm də yerli sertifikat yolunda irəliləyirsiniz.
Crystal Zəmanəti
Crystal Accfin FR təliminə qoşulan hər tələbəyə yazılı zəmanət verir.
Tələbə ilə Crystal Accfin arasında imza və möhürlə təsdiqlənmiş zəmanət sənədi təqdim edilir. Zəmanət şərtləri yerinə yetirildikdə ACCA FR imtahanından uğursuz nəticə əldə edilərsə:
- Təlim haqqı tam geri qaytarılır
- və ya Növbəti qrupda ödənişsiz iştirak hüququ verilir
Seçim tamamilə tələbənin öz ixtiyarındadır.
Crystal Accfin FR Sertifikatı
Təlimin sonunda keçirilən Mock Exam-dan uğurla keçən tələbələrə nəticəsinə görə üç səviyyədə Crystal Accfin FR Sertifikatı verilir:
|
Bal |
Sertifikat |
|
50+ |
Sadə Sertifikat |
|
80+ |
Gümüş Sertifikat |
|
90+ |
Qızıl Sertifikat |
Sertifikatınız crystalaccfin.com saytında onlayn yoxlanıla bilən formada qeydiyyata alınır.
ACCA FR İmtahanı Haqqında
ACCA FR imtahanı kompüter əsaslı (CBE) formatda, sessiya əsasında keçirilir — ildə 4 dəfə: Mart, İyun, Sentyabr və Dekabr. İmtahan 3 saatlıqdır və 3 hissədən ibarətdir:
| Section | Format | Marks |
|---|---|---|
|
A hissəsi |
15 çoxseçimli sual |
Hər sual 2 bal — cəmi 30 bal |
|
B hissəsi |
3 case study (hər birində 5 sual) |
Hər sual 2 bal — cəmi 30 bal |
|
C hissəsi |
2 konstruktiv cavab sualı |
Hər sual 20 bal — cəmi 40 bal |
|
Ümumi |
100 bal |
İmtahandan keçmək üçün minimum 50 bal toplamaq tələb olunur.
ACCA-ya qeydiyyat və imtahan haqqı tələbə tərəfindən birbaşa ACCA-ya ödənilir:
|
İlkin qeydiyyat haqqı |
£89 (birdəfəlik) |
|
İllik üzvlük haqqı |
£137–£140/il |
|
İmtahan haqqı |
CBE mərkəzinə görə müəyyən edilir |
Dəqiq qiymətlər ölkəyə görə fərqlənə bilər. Azərbaycan üzrə aktual haqqlar üçün www.accaglobal.com saytını ziyarət edin.
İmtahan üçün Crystal Accfin tərəfindən məsləhət görülən CBE mərkəzləri qeydiyyat zamanı bildirilir.
Qiymət
|
Aylıq təlim haqqı |
150 AZN |
|
Crystal Accfin təlimlərinə ilk dəfə qatılan tələbələrə |
120 AZN (20% endirimlə) |