Mühasib Təcrübə Proqramı 100% İş Təminatlı
Mühasib Təcrübə Proqramı — 3 Ayda Real Təcrübə, 100% İş Təminatlı
3 ay sonra Crystal Accfin-də tam ştatla işə başlayırsınız. Bu sadəcə vəd deyil — yazılı zəmanətdir.
Mühasibatlıq üzrə ali təhsiliniz var — amma iş tapmaq üçün təcrübə, təcrübə qazanmaq üçün isə iş lazımdır. Crystal Accfin-in Mühasib Təcrübə Proqramı bu çevrəni qırır: real iş mühitində 3 aylıq intensiv təcrübə, peşəkar mentorluq — və proqramın sonunda tam ştatla işə qəbul zəmanəti.
Bu proqram sənin üçündür əgər:
- Mühasibatlıq üzrə ali təhsilin var
- 30 yaşına qədərsən
- Real iş mühitində praktiki bacarıqlar qazanmaq istəyirsən
- Karyerana etibarlı və sürətli başlanğıc etmək istəyirsən
- ACCA FA sertifikatın var (üstünlük verilir)
Proqram Necə İşləyir?
|
Müddət |
3 ay |
|
⏱ Gündəlik rejim |
Həftədə 5 gün, gündə 4 saat |
|
Təlim vaxtı |
Gündə 2 saat — praktiki təlim və mentor rəhbərliyi |
|
İş vaxtı |
Gündə 2 saat — real iş mühitində praktiki icra |
|
Status |
1/4 ştat işçi kimi rəsmi qeydiyyat |
|
Aylıq əmək haqqı |
100 AZN (vergi və sosial yığımlar Crystal Accfin tərəfindən ödənilir) |
|
Aylıq təlim haqqı |
390 AZN |
Proqrama qəbul olunan namizəd ilk gündən rəsmi işçi statusu qazanır — təcrübəçi mühasib vəzifəsi ilə əmək müqaviləsi bağlanır, staj başlayır, əmək kitabçasına qeyd edilir.
Proqramda nələri öyrənəcəksiniz?
- Gündəlik mühasibatlıq əməliyyatlarının 1C 8.3 proqram təminatında icrası
- Vergi Məcəlləsi üzrə vergi hesablamalarının aparılması
- Əmək Məcəlləsi üzrə kadr sənədləşməsi və əmək haqqı hesablamaları
- Elektron qaimələrin, bəyannamələrin və dövlət portallarında əməliyyatların icrası
- Real biznes sənədləri və hesabatlarla iş
Seçim Prosesi
Proqrama yalnız 1 namizəd qəbul edilir. Müraciətlər arasından seçim keçirilir — CV, müsahibə və qiymətləndirmə əsasında.
Ödəniş seçim prosesindən sonra, proqrama başlamazdan əvvəl həyata keçirilir.
Crystal İşə Qəbul Zəmanəti
Proqramı uğurla başa vuran namizədə Crystal Accfin tərəfindən yazılı zəmanət verilir: proqramın sonunda namizəd tam ştatla, 400 AZN aylıq əmək haqqı ilə kiçik mühasib vəzifəsinə qəbul edilir.
Güvəndiyiniz Dağ Biliyiniz Olsun!