Mühasib Təcrübə Proqramı
100% İş Təminatlı

Mühasib Təcrübə Proqramı
100% İş Təminatlı

Mühasib Təcrübə Proqramı 100% İş Təminatlı

Mühasib Təcrübə Proqramı — 3 Ayda Real Təcrübə, 100% İş Təminatlı

3 ay sonra Crystal Accfin-də tam ştatla işə başlayırsınız. Bu sadəcə vəd deyil — yazılı zəmanətdir.

Mühasibatlıq üzrə ali təhsiliniz var — amma iş tapmaq üçün təcrübə, təcrübə qazanmaq üçün isə iş lazımdır. Crystal Accfin-in Mühasib Təcrübə Proqramı bu çevrəni qırır: real iş mühitində 3 aylıq intensiv təcrübə, peşəkar mentorluq — və proqramın sonunda tam ştatla işə qəbul zəmanəti.

Bu proqram sənin üçündür əgər:

  • Mühasibatlıq üzrə ali təhsilin var
  • 30 yaşına qədərsən
  • Real iş mühitində praktiki bacarıqlar qazanmaq istəyirsən
  • Karyerana etibarlı və sürətli başlanğıc etmək istəyirsən
  • ACCA FA sertifikatın var (üstünlük verilir)

Proqram Necə İşləyir?

 Müddət

3 ay

⏱ Gündəlik rejim

Həftədə 5 gün, gündə 4 saat

 Təlim vaxtı

Gündə 2 saat — praktiki təlim və mentor rəhbərliyi

 İş vaxtı

Gündə 2 saat — real iş mühitində praktiki icra

 Status

1/4 ştat işçi kimi rəsmi qeydiyyat

 Aylıq əmək haqqı

100 AZN (vergi və sosial yığımlar Crystal Accfin tərəfindən ödənilir)

 Aylıq təlim haqqı

390 AZN

 

Proqrama qəbul olunan namizəd ilk gündən rəsmi işçi statusu qazanır — təcrübəçi mühasib vəzifəsi ilə əmək müqaviləsi bağlanır, staj başlayır, əmək kitabçasına qeyd edilir.

Proqramda nələri öyrənəcəksiniz?

  • Gündəlik mühasibatlıq əməliyyatlarının 1C 8.3 proqram təminatında icrası
  • Vergi Məcəlləsi üzrə vergi hesablamalarının aparılması
  • Əmək Məcəlləsi üzrə kadr sənədləşməsi və əmək haqqı hesablamaları
  • Elektron qaimələrin, bəyannamələrin və dövlət portallarında əməliyyatların icrası
  • Real biznes sənədləri və hesabatlarla iş

 

Seçim Prosesi

Proqrama yalnız 1 namizəd qəbul edilir. Müraciətlər arasından seçim keçirilir — CV, müsahibə və qiymətləndirmə əsasında.

Ödəniş seçim prosesindən sonra, proqrama başlamazdan əvvəl həyata keçirilir.

 

Crystal İşə Qəbul Zəmanəti

Proqramı uğurla başa vuran namizədə Crystal Accfin tərəfindən yazılı zəmanət verilir: proqramın sonunda namizəd tam ştatla, 400 AZN aylıq əmək haqqı ilə kiçik mühasib vəzifəsinə qəbul edilir.

 

Güvəndiyiniz Dağ Biliyiniz Olsun!