Biznes Proses və Prosedurların Yazılması

Biznes Proses və Prosedurların Yazılması

Biznes Proses və Prosedurların Yazılması

Biznesiniz böyüyür — amma hər şey yenə də sizdən asılıdır. Hər qərarı siz verirsiniz, hər problemi siz həll edirsiniz. İşçilər nə etməli olduqlarını ya soruşur, ya da öz bildikləri kimi edirlər. Eyni iş fərqli adamlar tərəfindən fərqli cür görülür.

Bunun səbəbi işçilər deyil — sistemin olmamasıdır. Hər biznesin yazılı prosesə, aydın prosedura ehtiyacı var.

Bu xidmət kimə gərəklidir?

  • Şirkətdə eyni işin hər dəfə fərqli cür görüldüyünü hiss edənlərə
  • İşçilər dəyişəndə hər şeyin yenidən başlaması problemini yaşayanlara
  • Biznesini böyütmək, yeni filial açmaq və ya idarəetməni başqasına vermək istəyənlərə
  • İnvestor, bank və ya tərəfdaş üçün iş sistemini sənədləşdirməli olanlara

Xidmətin əhatəsi

  • Mövcud biznes proseslərinin boşluq analizi
  • Gəlir və xərc mərkəzlərinin müəyyən edilməsi
  • Biznes proseslərinin təyini və sənədləşdirilməsi
  • Sənəd və hesabat formalarının müəyyən edilməsi
  • Gündəlik və müddət sonu iş axını sxemlərinin hazırlanması
  • Prosedurların yazılması
  • Vəzifə təlimatlarının hazırlanması
  • İşçilərin təlimatlandırılması və ümumi təqdimatın keçirilməsi

Bütün işlər əvvəlcədən razılaşılmış dərinlik səviyyəsində həyata keçirilir.

Qiymət fərdi hesablanır — biznes sahəsinə, ölçüsünə və tələb olunan dərinliyə görə müəyyən edilir.