Büdcə Plan Hazırlanması Qiymət Təklifi Al
Növbəti illər nə qədər qazanacaqsınız? Hansı ayda xərc artacaq, hansı ayda pul çatışmazlığı yarana bilər? Hansı mərhələdə investisiya etmək, hansı mərhələdə gözləmək lazımdır?
Büdcə planı olmadan bu suallara cavab tapmaq mümkün deyil. Büdcə planı ilə isə gələcəyinizi görür, resurslarınızı düzgün bölür və riskləri əvvəlcədən idarə edirsiniz.
Bu xidmət kimə gərəklidir?
- Gəlir və xərclərini planlaşdırmaq, nəzarət altında saxlamaq istəyən sahibkarlara
- Tender, bank və ya investor üçün çoxillik maliyyə proqnozu hazırlamalı olanlara
- Mövcud büdcə planının yalnız formatlanmasını və dizaynını istəyənlərə
- Biznesinin maliyyə gələcəyini görmək istəyənlərə
Xidmətin əhatəsi
- Biznesin gəlir və xərc maddələrinin sorğulanması və ya təqdim edilən məlumatlar əsasında analizi
- Maliyyə siyasəti və risklərinin öyrənilməsi
- Texniki və mütəxəssis məlumatlarının sorğulanması və ya təqdim edilən məlumatlar əsasında işlənməsi
- Ehtiyatların yenidən qiymətləndirilməsi
- Aylıq pul vəsaiti hərəkətinin proqnozlaşdırılması
- 1 illik və ya çoxillik (2-5 il) Büdcə Plan Hesabatının hazırlanması
- Müəssisənin korporativ dizaynına uyğun formatlanması
- Hesabatın təqdimatı və əsaslandırılması
Qiymət avtomatik hesablanır — fəaliyyət sahəsi, işçi sayı, dövriyyə, plan ili sayı, məlumatların təqdim edilib edilməməsi və dizayn tələbi kimi amilləri nəzərə alaraq kalkulyator vasitəsilə dərhal qiymət təklifi alırsınız.