Bütün Mühasibatlığımı Qur və Apar Paketi Qiymət Təklifi Al
Bəzi Sahibkarlar bir şeyi istəyir: mühasibatlıqla bağlı heç bir işə baş sındırmamaq. Nə mühasib axtarmaq, nə proqram qurmaq, nə server almaq, nə hesabatlara nəzarət etmək. Sadəcə biznesinə fokuslanmaq.
Bu paket məhz bunun üçündür.
Crystal Accfin həm sizin ofisinizdəki daxili maliyyə mühasibatlığınızı, həm də dövlətə qarşı rəsmi vergi mühasibatlığınızı — ikisini birlikdə qurur və aparır.
Bu paket sizin üçündür əgər:
- Mühasibatlıqla bağlı heç bir işə vaxt və enerji itirmək istəmirsiniz
- Həm biznesinizin daxili maliyyə vəziyyətini, həm də dövlət öhdəliklərini tam idarə olunmasını istəyirsiniz
- Ofisinizdə işləyən mühasib olsun, eyni zamanda arxada peşəkar komanda dəstəyi olsun istəyirsiniz
- Sənəd, müqavilə, hesabat — hamısının bir mərkəzdən idarə olunmasını istəyirsiniz
Bu pakətlə mühasibatlığınız iki istiqamətdə qurulur və aparılır:
İstiqamət 1 — Faktiki Mühasibatlıq (Sizin ofisdə) Biznesinizin daxili maliyyə vəziyyətini görməyiniz üçün — sizə gərəkli hesabatları təqdim edən mühasibatlıq sistemi.
İstiqamət 2 — Rəsmi Mühasibatlıq (Bizim ofisdə) Dövlətə qarşı öhdəliklərinizin idarə olunması üçün — dövlətə gərəkli hesabatları vaxtında təqdim edən mühasibatlıq sistemi.
Faktiki Mühasibatlıq — Sizin Ofisdə Görülən İşlər
Başlanğıcda Bidəfəlik Görülən İşlər - Hədiyyə olunur:
- Virtual server ayrılması (1C 8.3 Proqram bazası üçün)
- 1C 8.3 İdarəetmə Proqram Təminatı
- Biznes proseslərinin müəyyən edilməsi, iş axını sxemi və prosedurları
- 1C 8.3-də İdarəetmə mühasibatlığının qurulması
Gündəlik əməliyyatlar:
- Müqavilələrin hazırlanması, qeydiyyatı və izlənməsi
- Alış orderlərinin (PO) hazırlanması, qeydiyyatı və izlənməsi
- Sənədlərin hazırlanması və göndərilməsi
- Təchizatçılar və müştərilərlə danışıqların, yazışmaların, sənəd mübadiləsinin və üzləşmələrin aparılması
- Daxil olan elektron qaimələrin analizi və sorğulanması, mühasibat hesablarının müəyyənləşdirilməsi
- İdxal əməliyyatları üzrə gömrük yük bəyannamələrinin mühasibat icrası və nəzarəti
- Bank ödənişlərinin internet banking vasitəsilə icrası
- Bütün əməliyyatların 1C proqram təminatında tam və düzgün qeydiyyatı:
- Kontragentlərin qeydiyyatı və alış orderləri
- Əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotu
- İnventar, material və istehsal uçotu
- Kassa və bank hesablarının uçotu
- Debitor və kreditorların uçotu
- Xüsusi və borc kapitalının uçotu
- İşçilərin uçotu
- Vergi və sosial yığım öhdəliklərinin uçotu
- Proviziya hesablarının uçotu
- Digər xüsusi hallar üzrə yaranan hesabların uçotu
HR işləri:
- İşçilərlə bağlı sənədləşmələrin (əmr, ərizə, izahat) və tabel uçotunun təşkili
- Əmək haqqının hesablanması və ödənilməsi
- İşçi məlumatlarının 1C proqramında qeydiyyatı
Hesabat və nəzarət:
- Bütün əməliyyatların və hesabatların işlənməsinə bizim ofisdən gündəlik nəzarət
- Gündəlik sizə gərəkli hesabatların vaxtında təqdimi (kassa, debitor və kreditor, anbar)
- Aylıq, rüblük və illik sizə gərəkli hesabatların vaxtında təqdimi
- Şübhəli və riskli əməliyyatlar aşkar edildikdə dərhal məlumat
- İstənilən mühasibat məlumatının hesabat şəklində operativ təqdimi
Xüsusi hallarda dəstək:
- Bank krediti üçün maliyyə məlumatlarının hazırlanması və müraciətin icrası
- Tender üçün lazımi mühasibatlıq sənəd və məlumatlarının təqdim edilməsi
Rəsmi Mühasibatlıq — Bizim Ofisdə Görülən İşlər
Hədiyyə olunur - Başlanğıcda Birdəfəlik Görülən İşlər:
- Şirkətin dövlət orqanlarında online qeydiyyatdan keçirilməsi
- Bank hesabının online açılması
- Virtual server ayrılması (1C 8.3 Proqram bazası üçün)
- Lisenziyalı 1C 8.3 Mühasibat Proqramının quraşdırılması
- 1C 8.3-də vergi mühasibatlığının qurulması və tətbiqə hazır edilməsi
Məlumat mübadiləsi və sənədləşmə:
- Məsul şəxslər və əlaqə kanalları müəyyən edilir
- Hər əməliyyat üzrə tələb olunan sənədlər email/WhatsApp vasitəsilə qəbul edilir və elektron saxlanılır
Gündəlik əməliyyatlar:
- Göndərilməli elektron qaimələrin göndərilməsi və izlənməsi
- Daxil olan elektron qaimələrin analizi və sorğulanması, mühasibat hesablarının müəyyənləşdirilməsi
- İdxal əməliyyatları üzrə gömrük yük bəyannamələrinin mühasibat icrası və nəzarəti
- Bank ödənişlərinin internet banking vasitəsilə icrasına nəzarət
- Bütün əməliyyatların 1C proqram təminatında tam və düzgün qeydiyyatı:
- Əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotu
- İnventar, material və istehsal uçotu
- Kassa və bank hesablarının uçotu
- Debitor və kreditorların uçotu
- Xüsusi və borc kapitalının uçotu
- İşçilərin uçotu
- Vergi və sosial yığım öhdəliklərinin uçotu
- Proviziya hesablarının uçotu
- Digər xüsusi hallar üzrə yaranan hesabların uçotu
- Dövlət Vergi Orqanı portalında kargüzarlığa nəzarət və məktubların cavablandırılması
HR işləri:
- İşçilər üzrə əməliyyatların 1C proqram bazasında qeydiyyatı
- Əmək haqqının hesablanması və ödənilməsi
Hesabat və nəzarət:
- Aylıq, rüblük və illik vergi hesabatlarının vaxtında təqdimi
- Vergi və ödənişlər barədə əvvəlcədən xəbərdarlıq
- Şübhəli və riskli əməliyyatlar aşkar edildikdə dərhal məlumat
- Müştərinin istəyi ilə müəyyən edilmiş aylıq/həftəlik hesabatların daim təqdimi
Xüsusi hallarda dəstək:
- Bank krediti üçün maliyyə məlumatlarının hazırlanması və müraciətin icrası
- Tender üçün lazımi mühasibatlıq sənəd və məlumatlarının təqdim edilməsi
Qeyd: "Bu paket Kiçik, Orta və İri sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuşdur. Mikro subyektlər üçün Xüsusi Xidmətlərimizlə fərdi həll təklif edilir."
Mühasibatlıq bizim məsuliyyətimizdir!