Haqqımızda

Haqqımızda

Haqqımızda

Crystal Accfin — Mühasibatlığınızı Biz Qurub Aparırıq, Siz Biznesinizə Fokuslanırsınız

Biznes qurmaq cəsarət işidir. Onu maliyyə cəhətdən uğurlu idarə etmək isə həmin cəsarətə ağıl, savad və peşəkarlıq qatmaqdır.

Azərbaycanda sahibkarların böyük əksəriyyəti gündəlik işin içində mühasibatlığa ya vaxt tapmır, ya da bunu düzgün qura bilmir. Nəticədə pul hara gedir bilinmir, vergi riskləri görünmür, qərarlar isə rəqəmlərlə yox, "hiss" ilə verilir.

Crystal Accfin məhz bu problemi həll etmək üçün fəaliyyət göstərir. Biz bizneslərin idarəetmə, maliyyə və vergi mühasibatlığını qururuq, aparırıq və nəzarət edirik. Müştərimiz öz işinə fokuslanır — mühasibatlıq bizim məsuliyyətimizdir.

2019-cu ildən bu yana ticarət, istehsal, tikinti, xidmət sektoru və digər sahələrdən onlarca müəssisəyə xidmət göstərmişik. Həmçinin ACCA, PMS və özəl Crystal Accfin proqramları üzrə peşəkar kadrların yetişdirilməsinə töhfə veririk.

Mühasibatlıq bizim məsuliyyətimizdir!

8 Noyabr prospekti 23, AMAY Shopping Center, 6-cı mərtəbə

Telephone : (+994) 55 669 96 44

Email : [email protected]