Daxili Audit Xidməti

Daxili Audit Xidməti

Daxili Audit Xidməti Qiymət Təklifi Al

Mühasibatlıq məlumatlarınız var — amma onlara nə dərəcədə güvənə bilərsiniz? Hesabatlardakı rəqəmlər real vəziyyəti əks etdirirmi? Səhv, uyğunsuzluq və ya gizli risk var mı?

Daxili audit bu suallara cavab verir. Mövcud məlumatları faktiki sənədlərlə üzləşdirir, qalıqları və dövriyyəni dəqiqləşdirir, aşkar edilən səhvləri qeydə alır və tənzimlənmiş maliyyə hesabatları ilə birlikdə audit rəyi təqdim edir.

Bu xidmət kimə gərəklidir?

  • Mühasibatlıq məlumatlarının doğruluğuna əmin olmaq istəyənlərə
  • Bank, investor və ya tərəfdaş üçün yoxlanılmış hesabat təqdim etməli olanlara
  • Keçmiş dövrlərdə səhv və uyğunsuzluq olub olmadığını müəyyənləşdirmək istəyənlərə
  • Mövcud mühasibin işinin keyfiyyətini müstəqil şəkildə yoxlatmaq istəyənlərə
  • Məlumatları pərakəndə olan və əvvəlcə uçota salınıb sonra audit edilməsini istəyənlərə

Xidmətin əhatəsi

  • Mövcud mühasibat uçotu sistemindən məlumatların götürülməsi və analizi — və ya pərakəndə məlumatların əvvəlcə uçota salınması, sonra analizi
  • Faktiki real sənədlərlə mühasibatlıq məlumatlarının üzləşdirilməsi
  • Qalıq və dövriyyə məlumatlarının dəqiqləşdirilməsi
  • Aşkar edilmiş səhv və uyğunsuzluqların qeydiyyata alınması
  • Daxili audit rəyinin hazırlanması
  • Tənzimlənmiş Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Tələb olunan il sayı üzrə auditin həyata keçirilməsi
  • Müəssisənin korporativ dizaynına uyğun formatlanması

Qiymət avtomatik hesablanır — fəaliyyət sahəsi, işçi sayı, dövriyyə, audit ediləcək il sayı, mövcud uçot sisteminin olub-olmaması və dizayn tələbi kimi amilləri nəzərə alaraq kalkulyator vasitəsilə dərhal qiymət təklifi alırsınız.