Maliyyə Hesabatlarının Hazırlanması Qiymət Təklifi Al
Biznesinizin real maliyyə vəziyyəti necədir? Nə qədər aktiviniz var, nə qədər borcunuz? Həqiqətən gəlirli işləyirsinizmi? Bu suallara cavab vermək üçün düzgün hazırlanmış maliyyə hesabatları lazımdır.
Azərbaycanda əksər bizneslərin maliyyə hesabatları ya beynəlxalq standartlara uyğun deyil, ya natamamdır, ya da ümumiyyətlə mövcud deyil. Bu isə bank, investor və ya tərəfdaş qarşısında ciddi problem yaradır.
Bu xidmət kimə gərəklidir?
- Bank krediti və ya investisiya üçün beynəlxalq standartlara uyğun maliyyə hesabatı tələb olunanlara
- Audit, tender və ya tərəfdaşlıq üçün hesabat hazırlamalı olanlara
- Öz biznesinin real maliyyə vəziyyətini aydın görmək istəyənlərə
- Mühasibatlıq məlumatları mövcud olub, sadəcə düzgün formatda hesabat hazırlanmasını istəyənlərə
- Məlumatları pərakəndə olan və əvvəlcə uçota salınıb sonra hesabat hazırlanmasını istəyənlərə
Xidmətin əhatəsi
- Mövcud mühasibat uçotu sistemindən məlumatların götürülməsi və analizi — və ya pərakəndə məlumatların əvvəlcə uçota salınması, sonra analizi
- BMHS-yə uyğun maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı, kapitalda dəyişikliklər hesabatı və izahlı qeydlər
- Tələb olunan il sayı üzrə hesabatların hazırlanması
- Müəssisənin korporativ dizaynına uyğun formatlanması
- Hesabatların təqdim edilməsi və əsaslandırılması
Qiymət avtomatik hesablanır — fəaliyyət sahəsi, işçi sayı, dövriyyə, tələb olunan il sayı, mövcud uçot sisteminin olub-olmaması və dizayn tələbi kimi amilləri nəzərə alaraq kalkulyator vasitəsilə dərhal qiymət təklifi alırsınız.