Razılaşma ilə Xüsusi Xidmət və İşlərin Görülməsi
Hər biznesin ehtiyacı eyni deyil. Bəzən axtardığınız xidmət heç bir standart təsnifata tam oturmur — çünki sizin vəziyyətiniz özünəməxsusdur.
Xidmət təsnifatımızda ən çox tələb olunan və müştərilərə ən səmərəli formada təqdim edilə bilən xidmətləri paketlər şəklində formalaşdırmışıq. Lakin bəzən ehtiyacınız fərqlidir.
Bu xidmət kimə gərəklidir?
- Mühasibatlıq, maliyyə, audit, proqram təminatı və ya biznes proses və prosedurları ilə bağlı aylıq davamlı və ya birdəfəlik xüsusi bir işi gördürmək istəyənlərə
- Mövcud mühasibatlıq sistemlərinin yalnız müəyyən bir hissəsinin xaricdən idarə olunmasını istəyənlərə
- Xidmət siyahımızda birbaşa əks olunmayan, lakin fəaliyyət sahəmizə aid olan işləri bizə həvalə etmək istəyənlərə
Necə işləyir?
Görüş keçiririk → istəyinizi ətraflı dinləyirik → həmin istəyə uyğun xidmət həcmini, müddətini və qiymətini müəyyən edirik → xidmət müqaviləsi bağlayıb işə başlayırıq.
Qiymət razılaşma əsasında müəyyən edilir.