Missiyamız
Hər biznesin arxasında rəqəmlər var. O rəqəmlərin düzgün oxunması isə düzgün qərarlar deməkdir — işə götürmək, investisiya etmək, genişlənmək, ya da vaxtında dayandırmaq.
Lakin rəqəmlər yalnız düzgün qurulmuş sistem olduqda danışır.
Bizim missiyamız budur: hər ölçüdə biznesin mühasibatlıq sistemini şəffaf, optimal və mənfəət hədəfli şəkildə qurmaq, onu beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun saxlamaq, peşəkar kadrlar yetişdirməklə isə bu sistemin davamlılığını təmin etmək.
Biz inanırıq ki, hər sahibkar öz pulunun harada olduğunu bilməyə haqlıdır. Hər müdir aydın maliyyə məlumatı əsasında qərar verməyə layiqdir. Hər biznes isə vergi və mühasibatlıq riskindən azad, arxayın inkişaf edə bilər.
Müştərilərimizin etibarını qazanmaq — bizim ən böyük hədəfimizdir.