Təsisimiz
Crystal Accfin Necə Yarandı?
Rauf Yusifov 18 ildən artıq müddət ərzində Azərbaycanda müxtəlif sahələrdə — tikinti, istehsal, ticarət, kənd təsərrüfatı, sığorta, bank, və məsləhət xidmətlərində çalışmışdır. Bu illər ərzində mühasib, baş mühasib, maliyyə direktoru və maliyyə məsləhətçisi kimi vəzifələr icra etmiş, ACCA üzrə beynəlxalq sertifikatlara və PMS üzrə yerli sertifikata yüksək dərəcə ilə sahib olmuşdur.
Bütün bu illərdə bir şeyi dəfələrlə gördü: Azərbaycanda bizneslərin böyük əksəriyyəti mühasibatlıq sistemini ya heç qurmayıb, ya yarımçıq qurub, ya da yanlış qurub. Sahibkar pulun hara getdiyini bilmir. Mühasib hesabat hazırlayır, amma o hesabat qərar vermək üçün əsas olmur. Vergi riski isə çox zaman görünmədən böyüyür.
Məhz bu boşluğu doldurmaq üçün 10 Oktyabr 2019-cu ildə Crystal Accfin MMC təsis edildi.
Bu gün Crystal Accfin Bakıda, AMAY Ticarət Mərkəzinin 6-cı mərtəbəsində fəaliyyət göstərir. Biznes mühasibatlığı xidmətləri ilə yanaşı, ACCA, PMS və Crystal Accfin sertifikat proqramları üzrə tədris də həyata keçirir.