İnventarizasiya Xidməti

İnventarizasiya Xidməti

İnventarizasiya Xidməti

Anbarınızda nə qədər mal var? Uçotda görünən əsas vəsaitlər fiziki olaraq mövcuddurmu? Sənəddəki rəqəm ilə realdakı rəqəm üst-üstə düşürmü?

Əksər bizneslərdə uçot qalıqları ilə fiziki qalıqlar arasında fərq olur — bu fərq isə gizli itkiyə, yanlış hesabata və səhv qərara səbəb olur. İnventarizasiya bu fərqi aşkara çıxarır.

Bu xidmət kimə gərəklidir?

  • Anbar, mal və material qalıqlarının doğruluğunu yoxlamaq istəyənlərə
  • Əsas vəsaitlərinin fiziki vəziyyətini və uçotla uyğunluğunu müəyyənləşdirmək istəyənlərə
  • Debitor və kreditor qalıqlarını üzləşdirmək istəyənlərə
  • Audit, hesabat və ya biznes satışı öncəsində tam inventarizasiya aparmaq istəyənlərə
  • Digər hesablar üzrə faktiki vəziyyəti sənədləşdirmək istəyənlərə

Xidmətin əhatəsi

  • Fiziki real qalıqların müəyyənləşdirilməsi
  • Uçot qalıqları ilə fiziki qalıqların müqayisəsi və uyğunsuzluqların aşkar edilməsi
  • Əsas vəsaitlərin keyfiyyət və kəmiyyət parametrləri üzrə inventarizasiyası
  • Mal və material ehtiyatlarının kəmiyyət və keyfiyyət parametrləri üzrə inventarizasiyası
  • Debitor və kreditor qalıqlarının üzləşdirilməsi
  • Digər hesablar üzrə inventarizasiya
  • Nəticələrin hesabat formasında təqdim edilməsi

Bütün işlər əvvəlcədən razılaşılmış dərinlik səviyyəsində həyata keçirilir.

Qiymət işin həcminə görə fərdi müəyyən edilir — əhatə dairəsi, hesab növləri və biznesin ölçüsü amilləri nəzərə alınır.