Mühasibatlıqda Problemim Var, Düzəlt və Apar Paketi

Mühasibatlıqda Problemim Var, Düzəlt və Apar Paketi

Mühasibatlıqda Problemim Var, Düzəlt və Apar Paketi Qiymət Təklifi Al

Mühasibatlıqdan narazısınız, yaxud ciddi probleminiz var — amma haradan qaynaqlandığını bilmirsiniz. Vergi borcu yaranıb, mühasibə pul ödəmisiniz, amma vəziyyət dəyişməyib. Hesabatlara baxırsınız, amma onlara güvənə bilmirsiniz.

Bu paket məhz belə vəziyyətlər üçün yaradılıb. Əvvəlcə problemi tapırıq, sonra düzəldirik — və bundan sonra sistemi düzgün aparırıq.

Bu paket sizin üçündür əgər:

  • Vergi borcu və ya cərimə yaranıb, səbəbini bilmirsiniz
  • Keçmiş mühasibə və ya konsultinqə pul ödəmisiniz, amma problem həll olmayıb
  • Mühasibinizdən narazısınız, işinin keyfiyyətinə güvənmirsiniz
  • Çox vergi ödədiyinizi düşünürsünüz, amma əmin deyilsiniz
  • Mühasibatlıq məlumatlarınızın düzgün olub olmadığını bilmirsiniz
  • Mövcud vəziyyəti anlamaq və düzgün yola qoymaq istəyirsiniz

İlkin Görüş və Problem Analizi (Ödənişsizdir)

İlk görüşdə sizin problemlərinizi, mövcud vəziyyətinizi və gözləntilərinizi dinləyirik. Mühasibatlıq sisteminizin vəziyyətinə görə ən uyğun həll yolunu izah edir, birdəfəlik iş üzrə fərdi qiymət təklifi təqdim edirik.

Mərhələ 1 — Problemlərin Müəyyən edilməsi və Düzəldilməsi (Fərdi birdəfəlik iş olaraq qiymətləndirilir)

Mühasibatlıq sisteminizin vəziyyətinə görə 2 variant təklif edilir:

Variant 1 — Mühasibatlıq sisteminiz mövcuddursa: (Mövcud uçot məlumatı üzrə daxili audit xidməti)

  • Mövcud mühasibatlıq məlumatlarının və hesabatlarının daxili auditi həyata keçirilir
  • Səhvlər, uyğunsuzluqlar və problemin mənbəyi müəyyənləşdirilir
  • Kimin səhvindən qaynaqlandığı aydınlaşdırılır
  • Həll yolları və optimallaşdırma təklifləri yazılı şəkildə təqdim edilir

Variant 2 — Mühasibatlıq sisteminiz yoxdursa və ya məlumatlar etibarsızdırsa: (İlk öncə dövrün məlumatları üzrə uçot formalaşdırılmaqla daxili audit xidməti )

  • Keçmiş dövrə aid mövcud məlumatların 1C proqram təminatında sistemə işlənməsi
  • Əsas vəsaitlər, mal-materiallar, debitor və kreditor qalıqlarının inventarizasiyası
  • Dəqiqləşdirilmiş qalıqlar əsasında daxili auditin həyata keçirilməsi
  • Problemin mənbəyi müəyyənləşdirilir, həll yolları yazılı şəkildə təqdim edilir

Mərhələ 2 — Rəsmi Mühasibatlığın Aparılması (Aylıq olaraq kalkulyatorla qiymət təklifinizi dərhal görə bilərsiniz)

Başlanğıcda Birdəfəlik Görülən İşlər - Hədiyyə olunur :

  • Dövlət orqanlarındakı qeydiyyat məlumatlarının yoxlanması və dəqiqləşdirilməsi
  • Əlavə bank hesablarının açıması (zərurət yaranarsa)
  • Virtual server ayrılması (1C 8.3 Proqram bazası üçün)
  • Lisenziyalı 1C 8.3 Mühasibat Proqramının quraşdırılması
  • 1C 8.3-də mühasibatlıq sisteminin qurulması və tətbiqə hazır edilməsi
  • Dəqiqləşdirilmiş ilkin qalıqların 1C-yə daxil edilməsi və tətbiqə hazır edilməsi

Aylıq Davamlı Xidmətlər:

Məlumat mübadiləsi və sənədləşmə

  • Məsul şəxslər və əlaqə kanalları müəyyən edilir
  • Hər əməliyyat üzrə tələb olunan sənədlər email/WhatsApp vasitəsilə qəbul edilir və elektron saxlanılır
  • Təcili hallarda müştərinin yazılı müraciəti əsasında sənədsiz icra mümkündür (sənədlər sonradan mütləq göndərilməlidir)

Gündəlik əməliyyatlar

  • Göndərilməli elektron qaimələrin göndərilməsi və izlənməsi
  • Daxil olan elektron qaimələrin analizi və sorğulanması, mühasibat hesablarının müəyyənləşdirilməsi
  • İdxal əməliyyatları üzrə gömrük yük bəyannamələri üzrə mühasibatlıq əməliyyatlarının icrası və nəzarəti
  • Bank ödənişlərinin internet banking vasitəsilə icrası
  • Bütün əməliyyatların 1C proqram təminatında tam və düzgün qeydiyyatı:
    • Əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotu
    • İnventar, material və istehsal uçotu
    • Kassa və bank hesablarının uçotu
    • Debitor və kreditorların uçotu
    • Xüsusi və borc kapitalının uçotu
    • İşçilərin uçotu
    • Vergi və sosial yığım öhdəliklərinin uçotu
    • Proviziya hesablarının uçotu
    • Digər xüsusi hallar üzrə yaranan hesabların uçotu
  • Dövlət Vergi Orqanı portalında kargüzarlığa nəzarət və məktubların cavablandırılması

HR işləri

  • İşçilər üzrə əməliyyatların 1C proqram bazasında qeydiyyatı
  • Əmək haqqının hesablanması və ödənilməsi

Hesabat və nəzarət

  • Aylıq, rüblük və illik vergi hesabatlarının vaxtında təqdimi
  • Vergi və ödənişlər barədə əvvəlcədən xəbərdarlıq
  • Şübhəli və riskli əməliyyatlar aşkar edildikdə dərhal məlumat
  • Müştərinin istəyi ilə müəyyən edilmiş aylıq/həftəlik hesabatların daim təqdimi

Xüsusi hallarda dəstək

  • Bank krediti üçün maliyyə məlumatlarının hazırlanması və müraciətin icrası
  • Tender üçün lazımi mühasibatlıq sənəd və məlumatlarının təqdim edilməsi

 

Mühasibatlıq bizim məsuliyyətimizdir!