ACCA Financial Accounting 
(FA) Təlimi

ACCA Financial Accounting
(FA) Təlimi

ACCA Financial Accounting (FA) Təlimi

ACCA FA imtahanını 2 ayda keçmək istəyirsiniz? Düzgün yerdesiniz.

FA — ACCA kvalifikasiyasının Applied Knowledge səviyyəsinə daxil olan əsas modullardan biridir. Bu imtahandan keçmək dünya üzrə tanınan beynəlxalq mühasibatlıq karyerasının möhkəm başlanğıcıdır. Crystal Accfin-in intensiv FA təlimi sizi məhz bu imtahana — qısa müddətdə, praktiki hazırlıqla — hazırlayır.

Bu təlim sənin üçündür əgər:

  • Mühasibatlıq karyerasına beynəlxalq sertifikatla başlamaq istəyirsən
  • ACCA FA imtahanını tez və etibarlı şəkildə keçmək istəyirsən
  • Akademik yox, nəticəyə yönəlmiş hazırlıq axtarırsansa
  • İqtisadi olmayan təhsilin var, lakin maliyyə sahəsinə keçmək istəyirsən
  • İngilis dili səviyyən Intermediate (B1) və ya yuxarıdır

2 Ay — 18 Dərs — 36 Saat

Müddət

2 ay

Dərs sayı

18 dərs

Hər dərs

2 saat

Həftədə

2 dəfə

Format

Onlayn canlı

 

Dərslər nəzəriyyədən daha çox testlər və praktiki tapşırıqlar üzərində qurulub — çünki imtahanda uğur qazanmaq əsas hədəfdir.

 

Təlimə nələr daxildir?

  • ✅ 18 onlayn canlı dərs — istənilən yerdən qoşulmaq mümkündür
  • ✅ Təlim Azərbaycan dilində keçirilir, terminlər ingilis dilində izah edilir
  • ✅ Tədris ACCA StudyHub, BPP Learning Media və Kaplan tədris vəsaitləri əsasında keçirilir
  • ✅ Crystal Accfin tərəfindən hazırlanmış xüsusi test toplusu ilə praktiki hazırlıq
  • ✅ Həftəlik video qeydiyyatları — qaçırdığınız dərsi arxivdən izləyə bilərsiniz
  • ✅ 1-ci ayın sonunda Crystal Accfin ofisində Quiz — biliklərinizi ölçürsünüz
  • ✅ 2-ci ayın sonunda Crystal Accfin ofisində Mock Exam — real ACCA FA formatında sınaq imtahanı;
  • ✅ Nəticənizə görə Crystal Accfin FA Sertifikatı verilir.

Crystal Zəmanət

Crystal Accfin FA təliminə qoşulan hər tələbəyə yazılı zəmanət verir.

Tələbə ilə Crystal Accfin arasında imza və möhürlə təsdiqlənmiş zəmanət sənədi təqdim edilir. Zəmanət şərtləri yerinə yetirildikdə ACCA FA imtahanından uğursuz nəticə əldə edilərsə:

  • Təlim haqqı tam geri qaytarılır,
  • və ya Növbəti qrupda ödənişsiz iştirak hüququ verilir.

Seçim tamamilə tələbənin öz ixtiyarındadır.

 

Crystal Accfin FA Sertifikatı

Təlimin sonunda keçirilən Mock Exam-dan uğurla keçən tələbələrə nəticəsinə görə üç səviyyədə Crystal Accfin FA Sertifikatı verilir:

Bal

Sertifikat

50+

Sadə Sertifikat

80+

Gümüş Sertifikat

90+

Qızıl Sertifikat

 

Sertifikatınız crystalaccfin.com saytında onlayn yoxlanıla bilən formada qeydiyyata alınır.

 

ACCA FA İmtahanı Haqqında

ACCA FA imtahanı kompüter əsaslı (CBE) formatda keçirilir və il boyu istənilən vaxt götürülə bilər — sessiya gözləmək lazım deyil. İmtahan bitdikdən dərhal sonra nəticənizi ekranda görürsünüz.

İmtahan iki hissədən ibarətdir:

Section Format Marks

A hissəsi

35 çoxseçimli sual

Hər sual 2 bal — cəmi 70 bal

B hissəsi

2 kompleks praktiki tapşırıq

Hər tapşırıq 15 bal — cəmi 30 bal

Ümumi

 

100 bal

 

İmtahandan keçmək üçün minimum 50 bal toplamaq tələb olunur.

ACCA-ya qeydiyyat və imtahan haqqı tələbə tərəfindən birbaşa ACCA-ya ödənilir:

Qeyd: "ACCA Qeydiyyat Dəstəyi: Tələbələrimizə rəsmi qeydiyyat zamanı mövcud olan aktiv endirim kodları (waiver) və kampaniyalar barədə məlumat verilir, qeydiyyat prosesində tam texniki dəstək göstərilir."

İlkin qeydiyyat haqqı

£89 (birdəfəlik)

İllik üzvlük haqqı

£137–£140/il

İmtahan haqqı

CBE mərkəzinə görə müəyyən edilir

 

Dəqiq qiymətlər ölkəyə görə fərqlənə bilər. Azərbaycan üzrə aktual haqqlar üçün www.accaglobal.com saytını ziyarət edin.

İmtahan üçün Crystal Accfin tərəfindən məsləhət görülən CBE mərkəzləri qeydiyyat zamanı bildirilir.

 

Qiymət

Aylıq təlim haqqı

150 AZN

Crystal Accfin təlimlərinə ilk dəfə qatılan tələbələrə

120 AZN (20% endirimlə)

 

Güvəndiyiniz Dağ Biliyiniz Olsun!