Sadəcə Məsləhət
Bəzən tam xidmətə ehtiyac yoxdur. Sadəcə doğru cavab lazımdır.
Mühasibatlıq, vergi, maliyyə və ya biznes prosesləri ilə bağlı bir sual sizi dayandırır — amma bu sual üçün şirkət tutmaq ağlabatan deyil. Məhz bu hallarda "Sadəcə Məsləhət" paketi işə yarayır.
Bu xidmət kimə gərəklidir?
- Öz mühasibi olan, amma mürəkkəb bir məsələdə ikinci rəy almaq istəyən sahibkarlara.
- Yeni başlayan və hər addımda sual verməyə ehtiyac duyan girişimçilərə.
- Vergi, Əmək və Mülki qanunvericilik, sənədləşmə qaydaları, proqram təminatı, hesabat kimi konkret bir məsələdə tez cavab axtaranlara.
Xidmətin əhatəsi:
Aşağıdakı sahələrdə suallarınızı online, şifahi və ya yazılı şəkildə cavablandırırıq:
- Mühasibatlıq və maliyyə hesabatları
- Vergi və əmək qanunvericiliyi və bəyannamələr
- Dövlət orqanları portallarında işlər
- Biznes prosesləri və prosedurlar
- 1C proqram təminatında uçotun qurulması və aparılması
- Müqavilə və sənədləşmə qaydaları
- Büdcə və maliyyə planlaması
Paketlər:
| Paket | Müraciət | Vaxt | Qiymət |
|---|---|---|---|
| Ayda Bir-İki Məsləhət | 1–5 müraciət | 1 saata qədər | 100 AZN/ay |
| Həftədə Bir-İki Məsləhət | 5–25 müraciət | 5 saata qədər | 400 AZN/ay |
| Gündə Bir-İki Məsləhət | 25–50 müraciət | 10 saata qədər | 700 AZN/ay |
| Daim Yanımda Məsləhət | 50–100 müraciət | 20 saata qədər | 1200 AZN/ay |
Paket saat həcmi aşılarsa əlavə saatlar hər paket üzrə orta saat hesabı ilə hesablanır. Saatlar növbəti aya keçirilmir.