Kadr Uçotunun Aparılması
İşçi ilə münasibətlərdə yaranan əməliyyatlar zamanı hər addımda həm emas.sosial.gov.az üzərindən əməliyyat, həm də əmək qanunvericiliyinə uyğun düzgün sənədləşmə tələb olunur. Bunlardan birini səhv etmək cərimə və hüquqi risk deməkdir.
Crystal Accfin işçilərinizlə bağlı bütün kadr proseslərini əmək qanunvericiliyinə uyğun məsləhətlə birlikdə sizin adınıza aparır.
Bu xidmət kimə gərəklidir?
- Kadr işlərini özü aparmaq üçün vaxtı və imkanı olmayan sahibkarlara
- İşçilərlə bağlı yaranan hər hansı hüquqi məsələdə düzgün addım atmaq istəyənlərə
- emas.sosial.gov.az üzərindən əməliyyatları düzgün aparmaq istəyənlərə
- Kadr sənədlərini standart şablonlarla nizama salmaq istəyənlərə
Xidmətin əhatəsi
- İşçilərin Əmək Münasibətləri Alt Sistemi üzərindən işə götürülməsi və çıxarılması
- Məzuniyyət, ezamiyyət, xəstəlik və digər kadr əməliyyatlarının həmin alt sistem üzərindən icrası
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə qaydaları üzrə məsləhət verilməsi
- Hesablama qaydaları üzrə məsləhət
- Kadr sənəd şablonlarının hazırlanması və təqdim edilməsi
- Bütün kadr dəyişikliklərinin izlənməsi və nəzarəti
Qiymət işçi sayına görə hesablanır: hər işçi üçün aylıq 10-15 AZN — fəaliyyət sahəsinə görə müəyyən edilir.