Sadəcə Məsləhət

Sadəcə Məsləhət

Sadəcə Məsləhət

Bəzən tam xidmətə ehtiyac yoxdur. Sadəcə doğru cavab lazımdır.

Mühasibatlıq, vergi, maliyyə və ya biznes prosesləri ilə bağlı bir sual sizi dayandırır — amma bu sual üçün şirkət tutmaq ağlabatan deyil. Məhz bu hallarda "Sadəcə Məsləhət" paketi işə yarayır.

Bu xidmət kimə gərəklidir?

  • Öz mühasibi olan, amma mürəkkəb bir məsələdə ikinci rəy almaq istəyən sahibkarlara.
  • Yeni başlayan və hər addımda sual verməyə ehtiyac duyan girişimçilərə.
  • Vergi, Əmək və Mülki qanunvericilik, sənədləşmə qaydaları, proqram təminatı, hesabat kimi konkret bir məsələdə tez cavab axtaranlara.

 

Xidmətin əhatəsi:

Aşağıdakı sahələrdə suallarınızı online, şifahi və ya yazılı şəkildə cavablandırırıq:

  • Mühasibatlıq və maliyyə hesabatları
  • Vergi və əmək qanunvericiliyi və bəyannamələr
  • Dövlət orqanları portallarında işlər
  • Biznes prosesləri və prosedurlar
  • 1C proqram təminatında uçotun qurulması və aparılması
  • Müqavilə və sənədləşmə qaydaları
  • Büdcə və maliyyə planlaması

 

Paketlər:

Paket Müraciət Vaxt Qiymət
Ayda Bir-İki Məsləhət 1–5 müraciət 1 saata qədər 100 AZN/ay  
Həftədə Bir-İki Məsləhət 5–25 müraciət 5 saata qədər 400 AZN/ay  
Gündə Bir-İki Məsləhət 25–50 müraciət 10 saata qədər 700 AZN/ay  
Daim Yanımda Məsləhət 50–100 müraciət 20 saata qədər 1200 AZN/ay  

 

Paket saat həcmi aşılarsa əlavə saatlar hər paket üzrə orta saat hesabı ilə hesablanır. Saatlar növbəti aya keçirilmir.

 

Mühasibatlıq Bizim Məsuliyyətimizdir!