Sənədlərin Hazırlanması və Göndərilməsi
Hər biznes əməliyyatının arxasında sənəd durur — müqavilə, qaimə, akt, order, qərar. Bu sənədlər vaxtında, düzgün və tam hazırlanmadıqda həm hüquqi risk yaranır, həm də münasibətlər çətinləşir.
Crystal Accfin bu xidməti mühasibatlıq xidməti ilə birlikdə kompleks şəkildə həyata keçirir.
Bu xidmət kimə gərəklidir?
- Müştəri və təchizatçılarla sənəd mübadiləsini nizama salmaq istəyən sahibkarlara
- Müqavilə və sənəd şablonlarını peşəkar şəkildə hazırlatmaq istəyənlərə
- Sənəd arxivini düzgün və sistemli şəkildə saxlamaq istəyənlərə
- Biznesin hüquqi şəxslərin qeydiyyatında və təsisçi ilə münasibətlərdə yaranan əməliyyatların sənədləşməsini istəyənlərə
Xidmətin əhatəsi
- Müştəri və təchizatçılarla münasibətlərdə müqavilə, əlavə razılaşma və digər sənədlərin şablonlarının hazırlanması
- Sənədlərin doldurulması, imzaya göndərilməsi və izlənməsi
- Debitor və kreditorlarla sənəd mübadiləsinin və yazışmaların aparılması
- Sənəd arxivinin elektron və fiziki formada təşkili və saxlanması
- Hüquqi şəxslərin qeydiyyatında və təsisçi ilə münasibətlərdə yaranan əməliyyatların sənədləşməsi
- Mənfəətin bölüşdürülməsi, təsisçi qərarları və nizamnamə dəyişiklikləri kimi sənədləşmələrin hazırlanması
Lisenziya alınması və fəaliyyətə görə xüsusi sertifikatlaşdırma işləri bu xidmətin əhatəsinə daxil deyildir.
Qiymət fərdi hesablanır — əməliyyat həcmi və sənəd növlərinə görə görüş əsasında müəyyən edilir.