Yeni Başlayıram -
Qur və Apar Paketi

Yeni Başlayıram -
Qur və Apar Paketi

Yeni Başlayıram - Qur və Apar Paketi Qiymət Təklifi Al

Biznesiniz yeni başlayır və mühasibatlığı əvvəldən düzgün qurmaq istəyirsiniz. Amma haradan başlayacağınızı bilmirsiniz — qeydiyyat, bank hesabı, proqram, hesabatlar... Hamısı eyni anda üstünüzə gəlir.

Məhz bunun üçün bu paket var. Biz başdan sona hər şeyi qururuq — siz isə biznesinizə fokuslanırsınız.

Bu paket kimə gərəklidir?

  • Yeni şirkət açan və ya fəaliyyətə yenicə başlayan sahibkarlara.
  • Mühasibatlığı sıfırdan, düzgün və peşəkar şəkildə qurmaq istəyənlərə.
  • Mühasib tutmaq əvəzinə xarici peşəkar xidmətdən yararlanmaq istəyənlərə.

Başlanğıcda Birdəfəlik Görülən İşlər - Hədiyyə olunur:

Paketi seçən hər müştəriyə aşağıdakı xidmətlər əlavə ödəniş olmadan təqdim edilir:

  • Şirkətin dövlət orqanlarında online qeydiyyatdan keçirilməsi
  • Bank hesabının online açılması
  • Virtual server ayrılması (1C proqram bazası üçün)
  • Lisenziyalı 1C 8.3 Mühasibat Proqramının quraşdırılması
  • 1C 8.3-də mühasibatlıq sisteminin qurulması və tətbiqə hazır edilməsi

Aylıq Davamlı Xidmətlər:

Məlumat mübadiləsi və sənədləşmə

  • Məsul şəxslər və əlaqə kanalları müəyyən edilir
  • Hər əməliyyat üzrə tələb olunan sənədlər email/WhatsApp vasitəsilə qəbul edilir və elektron saxlanılır
  • Təcili hallarda müştərinin yazılı müraciəti əsasında sənədsiz icra mümkündür (sənədlər sonradan mütləq göndərilməlidir)

Gündəlik əməliyyatlar

  • Göndərilməli elektron qaimələrin göndərilməsi və izlənməsi
  • Daxil olan elektron qaimələrin analizi və sorğulanması, mühasibat hesablarının müəyyənləşdirilməsi
  • İdxal əməliyyatları üzrə gömrük yük bəyannamələri üzrə mühasibatlıq əməliyyatlarının icrası və nəzarəti
  • Bank ödənişlərinin internet banking vasitəsilə icrası
  • Bütün əməliyyatların 1C proqram təminatında tam və düzgün qeydiyyatı:
    • Əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotu
    • İnventar, material və istehsal uçotu
    • Kassa və bank hesablarının uçotu
    • Debitor və kreditorların uçotu
    • Xüsusi və borc kapitalının uçotu
    • İşçilərin uçotu
    • Vergi və sosial yığım öhdəliklərinin uçotu
    • Proviziya hesablarının uçotu
    • Digər xüsusi hallar üzrə yaranan hesabların uçotu
  • Dövlət Vergi Orqanı portalında kargüzarlığa nəzarət və məktubların cavablandırılması

HR işləri

  • İşçilər üzrə əməliyyatların 1C proqram bazasında qeydiyyatı
  • Əmək haqqının hesablanması və ödənilməsi

Hesabat və nəzarət

  • Aylıq, rüblük və illik vergi hesabatlarının vaxtında təqdimi
  • Vergi və ödənişlər barədə əvvəlcədən xəbərdarlıq
  • Şübhəli və riskli əməliyyatlar aşkar edildikdə dərhal məlumat
  • Müştərinin istəyi ilə müəyyən edilmiş aylıq/həftəlik/gündəlik hesabatların daim təqdimi

Xüsusi hallarda dəstək

  • Bank krediti üçün maliyyə məlumatlarının hazırlanması və müraciətin icrası
  • Tender üçün lazımi mühasibatlıq sənəd və məlumatlarının təqdim edilməsi

 

 

Mühasibatlıq Bizim Məsuliyyətimizdir!