Yeni Başlayıram, Qur və Apar Paketi Qiymət Təklifi Al
Biznesiniz yeni başlayır və mühasibatlığı əvvəldən düzgün qurmaq istəyirsiniz. Amma haradan başlayacağınızı bilmirsiniz — qeydiyyat, bank hesabı, proqram, hesabatlar... Hamısı eyni anda üstünüzə gəlir.
Məhz bunun üçün bu paket var. Biz başdan sona hər şeyi qururuq — siz isə biznesinizə fokuslanırsınız.
Bu paket kimə gərəklidir?
Yeni şirkət açan və ya fəaliyyətə yenicə başlayan sahibkarlara. Mühasibatlığı sıfırdan, düzgün və peşəkar şəkildə qurmaq istəyənlərə. Mühasib tutmaq əvəzinə xarici peşəkar xidmətdən yararlanmaq istəyənlərə.
Başlanğıcda Birdəfəlik Görülən İşlər - Hədiyyə olunur:
Paketi seçən hər müştəriyə aşağıdakı xidmətlər əlavə ödəniş olmadan təqdim edilir:
- Şirkətin dövlət orqanlarında online qeydiyyatdan keçirilməsi
- Bank hesabının online açılması
- Virtual server ayrılması (1C proqram bazası üçün)
- Lisenziyalı 1C 8.3 Mühasibat Proqramının quraşdırılması
- 1C 8.3-də mühasibatlıq sisteminin qurulması və tətbiqə hazır edilməsi
Aylıq Davamlı Xidmətlər:
Məlumat mübadiləsi və sənədləşmə
- Məsul şəxslər və əlaqə kanalları müəyyən edilir
- Hər əməliyyat üzrə tələb olunan sənədlər email/WhatsApp vasitəsilə qəbul edilir və elektron saxlanılır
- Təcili hallarda müştərinin yazılı müraciəti əsasında sənədsiz icra mümkündür (sənədlər sonradan mütləq göndərilməlidir)
Gündəlik əməliyyatlar
- Göndərilməli elektron qaimələrin göndərilməsi və izlənməsi
- Daxil olan elektron qaimələrin analizi və sorğulanması, mühasibat hesablarının müəyyənləşdirilməsi
- İdxal əməliyyatları üzrə gömrük yük bəyannamələri üzrə mühasibatlıq əməliyyatlarının icrası və nəzarəti
- Bank ödənişlərinin internet banking vasitəsilə icrası
- Bütün əməliyyatların 1C proqram təminatında tam və düzgün qeydiyyatı:
- Əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotu
- İnventar, material və istehsal uçotu
- Kassa və bank hesablarının uçotu
- Debitor və kreditorların uçotu
- Xüsusi və borc kapitalının uçotu
- İşçilərin uçotu
- Vergi və sosial yığım öhdəliklərinin uçotu
- Proviziya hesablarının uçotu
- Digər xüsusi hallar üzrə yaranan hesabların uçotu
- Dövlət Vergi Orqanı portalında kargüzarlığa nəzarət və məktubların cavablandırılması
HR işləri
- İşçilər üzrə əməliyyatların 1C proqram bazasında qeydiyyatı
- Əmək haqqının hesablanması və ödənilməsi
Hesabat və nəzarət
- Aylıq, rüblük və illik vergi hesabatlarının vaxtında təqdimi
- Vergi və ödənişlər barədə əvvəlcədən xəbərdarlıq
- Şübhəli və riskli əməliyyatlar aşkar edildikdə dərhal məlumat
- Müştərinin istəyi ilə müəyyən edilmiş aylıq/həftəlik/gündəlik hesabatların daim təqdimi
Xüsusi hallarda dəstək
- Bank krediti üçün maliyyə məlumatlarının hazırlanması və müraciətin icrası
- Tender üçün lazımi mühasibatlıq sənəd və məlumatlarının təqdim edilməsi
Mühasibatlıq bizim məsuliyyətimizdir!