Faktiki Mühasibatlıq və Rəsmi Mühasiabtlıq (Maliyyə Uçotu və Vergi Uçotu)
"Bu paket Kiçik, Orta və İri sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuşdur. Mikro subyektlər üçün Xüsusi Xidmətlərimizlə fərdi həll təklif edilir."
Bu paket sizin üçündür əgər:
- Mühasibatlıqla bağlı heç bir işə baş sındırmaq və vaxt itirmək istəmirsiniz,
(Etibarlı mühasibləri axtarmaq, tapmaq, onları sınamaq, nəzarət etmək, düzgün Proqram təminatı axtarmaq, tapmaq, onu tətbiq etmək, Server almaq, onu quraşdırmaq və s. kimi xeyli vaxt və bilgi tələb edən işlər)
- Həm biznesinizin daxili maliyyə vəziyyətini, həm də dövlət öhdəliklərini tam idarə edilməsini istəyirsiniz
- Ofisinizdə daimi mühasiblər olsun, eyni zamanda arxada peşəkar komanda dəstəyi istəyirsiniz
- Sənəd, müqavilə, hesabat — hamısının bir mərkəzdən idarə olunmasını istəyirsiniz
Bu Paketə müraciətlə 2 istiqamətdə Mühasiabtlığınız qurulur və aparılır:
- Faktiki mühasibatlığın (Maliyyə uçotunun) qurulması və aparılması üzrə sizə təqdim edilənlər və görülən işlər – (Hansı ki sizin ofisdə Sizə gərəkli hesabatları təqdim edəcək mühasibatlığınızın qurulması və aparılmasıdır.)
- Rəsmi Mühasibatlığın (Vergi uçotunun) qurulması və aparılması üzrə Dövlətə təqdim edilənlər və görülən işlər – (Hansı ki, bizim ofisdə Dövlətə gərəkli hesabatları təqdim edəcək mühasibatlığınızın qurulması və aparılmasıdır.)
Faktiki Mühasibatlıq (Maliyyə uçotu) üzrə sizin ofisdə görüləcək işlər:
Hədiyyə — İlkin olaraq Birdəfəlik görülən işlər:
- Virtual Server ayrılması
- 1C 8.3 İdarəetmə Proqram Təminatı Qurulması
- Biznes proseslərinin müəyyən edilməsi, iş axını sxemi və prosedurları
- 1C 8.3-də İdarəetmə Uçotunun Qurulması
Gündəlik və Aylıq Görülən İşlər:
- Gündəlik Əməliyyatlar
- Müqavilələrin hazırlanması, qeydiyyatı və izlənməsi
- PO-ların (Alış Orderi) hazırlanması, qeydiyyatı və izlənməsi
- Sənədlərin hazırlanması və göndərilməsi
- Təchizatçılar və Müştərilərin mühasibatlığı ilə danışıqların, yazışmaların, sənəd mübadiləsinin, üzləşmələrin aparılması
- Gələn qaimələrin analizi və sorğulanması, mühasibat hesablarının müəyyənləşdirilməsi
- İdxal əməliyyatları üzrə Gömrük Yük bəyannamələri üzrə mühasibatlıq əməliyyatların icrası və nəzarəti
- Bank ödənişlərinin İnternet banking üzrə icrası
- Bütün əməliyyatların 1C proqram təminatında qeydiyyatı (Kontragentlərin qeydiyyatı, PO-lar, Əsas vəsaitlər, Qeyri-maddi aktivlər, İnventar, Material, İstehsal, Kassa, Bank, Debitor, Kreditor, Kapital, Borc, İşçi və Proviziya hesabları üzrə uçotlarının düzgün qurulması və aparılması, Xərclərin, ödəniş maddələrinin düzgün təsnifatı və hesabatlılığın düzgün qurulması ilə məlumatların düzgün qeydiyyata alınması)
- HR İşləri
- İşçilərlə bağlı sənədləşmələrin (Əmr, Ərizə, İzahat) və tabel uçotunun təşkili
- Əmək haqqının hesablanması və ödənilməsi
- İşçi məlumatlarının 1C Proqramında qeydiyyatı
- Hesabat və Nəzarət
- Gündəlik, Aylıq və İllik bütün əməliyyatların və hesabatların işlənməsinə bizim ofisdən nəzarət.
- Gündəlik işçi tərəfindən sizə gərəkli hesabatların vaxtında təqdim edilməsi (Kassa, Debitor və Kreditor, Anbar)
- Aylıq, rüblük və illik sizə gərəkli hesabatların bizim ofisdən vaxtında təqdim edilməsi
- Şübhəli, riskli və qanuna zidd əməliyyatlar aşkar edildikdə dərhal məlumat verilməsi
- İstənilən mühasibat məlumatının hesabat şəklində operativ təqdim edilməsi
- Xüsusi Hallar üzrə İşlər
- Bank krediti üçün müraciətdə tələb olunan maliyyə məlumatlarının hazırlanması və müraciət olunması
- Tender üçün lazımi mühasibatlıq sənəd və məlumatlarının tələb olunan formada hazırlanması və müraciəti
Rəsmi Mühasibatlıq (Vergi uçotu) üzrə bizim ofisdə görüləcək işlər:
Hədiyyə — İlkin olaraq Birdəfəlik görülən işlər:
- Biznesin dövlət orqanlarında online qeydiyyatdan keçirilməsi
- Bank hesabının online açılması
- Virtual Server ayrılması
- Lisenziyalı 1C 8.3 Mühasibat Proqramı (Azərbaycan üçün) Təminatı
- 1C 8.3-də Vergi uçotunun qurulması və tətbiqə hazır edilməsi
Gündəlik və Aylıq Görülən İşlər:
- Məlumat Mübadiləsi
- Məlumat mübadiləsinin aparılacağı meil və telefon nömrəsi, və tərəflər üzrə məsul şəxslər müəyyən edilir.
- Hər əməliyyat üzrə tələb olunan sənədlər sizin ofisə bildirilib imzalı scan versiyaları email/WhatsApp vasitəsilə qəbul edilir, və elektron olaraq papkalarda yığılır.
- Gündəlik Əməliyyatlar
- Göndərilməli elektron qaimələrin göndərilməsi və izlənməsi
- Gələn elektron qaimələrin analizi və sorğulanması, mühasibat hesablarının müəyyənləşdirilməsi
- İdxal əməliyyatları üzrə Gömrük Yük bəyannamələri üzrə mühasibatlıq əməliyyatların icrası və nəzarəti
- Bank ödənişlərinin İnternet banking üzrə icrasına nəzarət
- Bütün əməliyyatların 1C proqram təminatında qeydiyyatı (Əsas vəsaitlər, Qeyri-maddi aktivlər, İnventar, Material, İstehsal, Kassa, Bank, Debitor, Kreditor, Kapital, Borc, İşçi və Proviziya hesabları üzrə uçotlarının düzgün qurulması və aparılması, Xərclərin, ödəniş maddələrinin düzgün təsnifatı və hesabatlılığın düzgün qurulması ilə məlumatların düzgün qeydiyyata alınması)
- Dövlət orqanları portallarında online kargüzarlığa nəzarət və məktubların cavablandırılması
- HR İşləri
- İşçilərin dövlət orqanı portalında işə götürülməsi və çıxarılması
- Əmək haqqının hesablanması və ödənilməsi
- İşçi məlumatlarının 1C Proqramında qeydiyyatı
- (Əmr və tələb olunan imzalı sənədlər scan olaraq sizin ofisdən göndərilməklə tapşırıq verilir)
- Hesabat və Nəzarət
- Aylıq, rüblük və illik rəsmi hesabatların (Vergi, Statistika) dövlət orqanlarına vaxtında təqdim edilməsi
- Vergi və digər ödənişlər barədə müştəriyə vaxtında xəbərdarlıq
- Şübhəli, riskli və qanuna zidd əməliyyatlar aşkar edildikdə müştəriyə dərhal məlumat verilməsi
- Müştərinin tələbi ilə rəhbərə müəyyən edilmiş aylıq və həftəlik hesabatların reqlament üzrə daim təqdim edilməsi
- İstənilən mühasibat məlumatının hesabat şəklində operativ təqdim edilməsi
- Xüsusi Hallar üzrə Dəstək
- Online Bank krediti üçün müraciətdə tələb olunan maliyyə məlumatlarının hazırlanması və müraciət olunması
- Tender üçün lazımi mühasibatlıq sənəd və məlumatlarının tələb olunan formada təqdim edilməsi