Bu paket sizin üçündür əgər:
- Vergi borcu və ya cərimə yaranıb, səbəbini bilmirsiniz
- Keçmiş mühasibə və ya konsultinqə pul ödəmisiniz, amma problem həll olmayıb
- Mühasibinizdən narazısınız, işinin keyfiyyətinə güvənmirsiniz
- Çox vergi ödədiyinizi düşünürsünüz, amma əmin deyilsiniz
- Mühasibatlıq məlumatlarınızın düzgün olub olmadığını bilmirsiniz
- Mövcud vəziyyətinizi anlamaq və düzgün yola qoymaq istəyirsiniz
Mərhələ 1 — İlkin Görüş və Problem Analizi (Pulsuz)
İlk görüşdə sizin problemlərinizi, mövcud vəziyyətinizi və istəklərinizi dinləyirik. Mühasibatlıq sisteminizin vəziyyətinə görə sizə ən uyğun həll yolunu izah edir və birdəfəlik iş üzrə fərdi qiymət təklifi təqdim edirik.
Mərhələ 2 — Birdəfəlik İşlər (Fərdi qiymətləndirilir)
Mühasibatlıq sisteminizin vəziyyətinə görə 2 variant təklif edilir:
Variant 1 — Mühasibatlıq sisteminiz mövcuddursa:
- Mövcud mühasibatlıq məlumatlarının və hesabatlarının daxili auditi həyata keçirilir
- Səhvlər, uyğunsuzluqlar və problemin mənbəyi müəyyənləşdirilir
- Kimin səhvindən qaynaqlandığı aydınlaşdırılır
- Həll yolları və optimallaşdırma təklifləri yazılı şəkildə təqdim edilir
Variant 2 — Mühasibatlıq sisteminiz yoxdursa və ya məlumatlar etibarsızdırsa:
- Keçmiş dövrə aid mövcud məlumatların 1C proqram təminatında sistemə işlənməsi
- Əsas vəsaitlər, mal-materiallar, debitor və kreditor qalıqlarının inventarizasiyası
- Dəqiqləşdirilmiş qalıqlar əsasında daxili auditin həyata keçirilməsi
- Problemin mənbəyi müəyyənləşdirilir, həll yolları yazılı şəkildə təqdim edilir
Mərhələ 3 — Sistemin Yoxlanması və Qurulması (Hədiyyə)
- Dövlət orqanlarındakı qeydiyyat məlumatlarının yoxlanması və dəqiqləşdirilməsi
- Əlavə bank hesablarının açılması (zərurət yaranarsa)
- Virtual Server ayrılması
- Lisenziyalı 1C 8.3 Mühasibat Proqramı (Azərbaycan üçün) Təminatı
- 1C 8.3-də Rəsmi Mühasibat Uçotun qurulması və tətbiqə hazır edilməsi
- Dəqiqləşdirilmiş ilkin qalıqların 1C-yə daxil edilməsi və tətbiqə hazır edilməsi
Gündəlik və Aylıq Görülən İşlər:
- Məlumat Mübadiləsi
- Məlumat mübadiləsinin aparılacağı meil və telefon nömrəsi, və tərəflər üzrə məsul şəxslər müəyyən edilir.
- Hər əməliyyat üzrə tələb olunan sənədlər müştəriyə bildirilib imzalı scan versiyaları email/WhatsApp vasitəsilə qəbul edilir, və elektron olaraq papkalarda yığılır.
- Sənədi imzasız, təcili əməliyyatlarda müştərinin yazılı müraciəti və məsuliyyəti öz üzərinə götürməsi əsasında icra həyata keçirilir (Sonradan sənədlər mütləq göndərilməlidir)
- Gündəlik Əməliyyatlar
- Göndərilməli elektron qaimələrin göndərilməsi və izlənməsi
- Gələn elektron qaimələrin analizi və sorğulanması, mühasibat hesablarının müəyyənləşdirilməsi
- İdxal əməliyyatları üzrə Gömrük Yük bəyannamələri üzrə mühasibatlıq əməliyyatların icrası və nəzarəti
- Bank ödənişlərinin İnternet banking üzrə icrası
- Bütün əməliyyatların 1C proqram təminatında qeydiyyatı (Əsas vəsaitlər, Qeyri-maddi aktivlər, İnventar, Material, İstehsal, Kassa, Bank, Debitor, Kreditor, Kapital, Borc, İşçi və Proviziya hesabları üzrə uçotlarının düzgün qurulması və aparılması, Xərclərin, ödəniş maddələrinin düzgün təsnifatı və hesabatlılığın düzgün qurulması ilə məlumatların düzgün qeydiyyata alınması)
- Dövlət orqanları portallarında online kargüzarlığa nəzarət və məktubların cavablandırılması
- HR İşləri
- İşçilərin dövlət orqanı portalında işə götürülməsi və çıxarılması
- Əmək haqqının hesablanması və ödənilməsi
- İşçi məlumatlarının 1C Proqramında qeydiyyatı
- (Əmr və tələb olunan imzalı sənədlər scan olaraq müştəri tərəfindən göndərilməklə tapşırıq verilir)
- Hesabat və Nəzarət
- Aylıq, rüblük və illik rəsmi hesabatların (Vergi, Statistika) dövlət orqanlarına vaxtında təqdim edilməsi
- Vergi və digər ödənişlər barədə müştəriyə vaxtında xəbərdarlıq
- Şübhəli, riskli və qanuna zidd əməliyyatlar aşkar edildikdə müştəriyə dərhal məlumat verilməsi
- Müştərinin tələbi ilə rəhbərə müəyyən edilmiş aylıq və həftəlik hesabatların reqlament üzrə daim təqdim edilməsi
- İstənilən mühasibat məlumatının hesabat şəklində operativ təqdim edilməsi
- Xüsusi Hallar üzrə Dəstək
- Online Bank krediti üçün müraciətdə tələb olunan maliyyə məlumatlarının hazırlanması və müraciət olunması
- Tender üçün lazımi mühasibatlıq sənəd və məlumatlarının tələb olunan formada təqdim edilməsi